Türkiyə Respublikası Mərkəzi Bankı yenidən faiz dərəcələrini endirməyə başlayıb
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) iyul iclasında mart ayında dayandırdığı faiz endirimlərini davam etdirib.
Banco.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 46 faizdən 43 faizə endirib.
Bloomberg HT sorğusunda iştirak edən qurumların gözləntisi isə faizin 250 baza bəndi azaldılaraq 43,50 faiz səviyyəsinə endirilməsi istiqamətində idi.
Bank eyni zamanda gecəlik müddətə borcvermə faiz dərəcəsini 49 faizdən 46 faizə, gecəlik müddətə borclanma faiz dərəcəsini isə 44,5 faizdən 41,5 faizə endirib.
TCMB, inflyasiyanın əsas meylinin iyun ayında sabit qaldığını, ilkin göstəricilərin isə iyul ayında aylıq inflyasiyanın ayın özünəməxsus amilləri ilə müvəqqəti olaraq artacağına işarə etdiyini bildirib.
Yaxın dövrə dair məlumatların tələbin azalma (dezinflasiya) istiqamətində təsirinin artdığını göstərdiyini qeyd edən TCMB geosiyasi inkişafların və qlobal ticarətdə artan proteksionizmin dezinflasiya prosesinə mümkün təsirlərinin yaxından izlənildiyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!


