Icma.az
close
up
RU
Türkiyə Rusiya danışıqları: “Cənubi Qafqazda sülhün qorunması...”

Türkiyə Rusiya danışıqları: “Cənubi Qafqazda sülhün qorunması...”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi görüşün sonunda, Ukrayna münaqişəsi ilə bağlı mövqeyini və gələcək əməkdaşlıq istiqamətlərini açıqlayıb. 

Lavrov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara açıqdır, amma hərbi əməliyyatlar yalnız Rusiya üçün qəbul edilə bilən nəticələrə gəldiyi zaman dayandıracaq. Bu, Rusiya üçün mühüm şərt olaraq qalır.

Rusiyalı nazir vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olmaması ilə bağlı aydın və konkret razılaşma olmalıdır.

Onun sözlərinə görə, ABŞ bu danışıqlarda xüsusi nümayəndə təyin etməli və Ukraynanın NATO-ya daxil olması məsələsi artıq bir səhv olaraq qiymətləndirilməlidir.

Türkiyə isə öz növbəsində, həm Ukrayna, həm də regionda sülhün təmin olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Hakan Fidan iki tərəfin iştirakı ilə davam edəcək müzakirələrdə Türkiyənin ev sahibliyi etməyə hazır olduğunu deyib.

Bildirək ki, nazirlər arasında görüşü, yalnız Ukrayna münaqişəsinin müzakirəsi ilə məhdudlaşmayıb. Onlar həmçinin enerji sahəsində, xüsusilə atom enerjisi və qaz boru xətləri məsələlərində əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Lavrov Rusiya ilə Türkiyə arasında bu sahələrdə ciddi layihələrin inkişaf etdirilməsi üçün yaxşı bir potensialın olduğunu qeyd edib.

Məhz enerji layihələri, xüsusilə "Türk Axını" və "Mavi Axın" kimi qaz boru xətləri, iki ölkənin strateji əməkdaşlığını möhkəmləndirən əsas amillərdəndir. 

Həmçinin, Qara dənizdəki gəmiçilik təhlükəsizliyi məsələsi, xüsusilə strateji baxımdan əhəmiyyətlidir və bu, tərəflərin gələcəkdə daha sıx əməkdaşlıq etməsinin zərurətini göstərir.

Bununla bağlı "Cebheinfo.az"a açıqlama verən türkiyəli hərbi ekspert Yücel Karauz bildirib ki, Lavrovun Türkiyəyə səfəri yalnız Ukrayna məsələsi ilə bağlı deyil, amma qarşımızda duran prioritet məsələlərdən biridir.

Onun sözlərinə görə, məhz burada Suriyanın terrorçulardan təmizlənməsi, Rusiya ilə Türkiyə arasındakı əlaqələr, Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan-Ermənistan sülh danışıqları və İranla bağlı məsələlər də müzakirə olunur:

"Ər-Riyadda Rusiya və ABŞ arasında aparılan danışıqlar çərçivəsində Ukraynada sülhün təmin edilməsi üçün Türkiyənin rolu böyüyüb. Burdana Ukrayna Prezidenti Volodimir Zelenskiyə ötürüləcək mesajlar, eləcə də ABŞ və Rusiyanın bir-birinə göndərəcəyi mesajlar Türkiyəyə çatdırılacaq.

Bildirim ki, görüşdə həmçinin Suriyanın terrorçulardan təmizlənməsi, Orta Şərqin gələcəyi üçün Rusiya ilə əməkdaşlıq, Cənubi Qafqazda sülhün qorunması kimi məsələlər də müzakirə olunur.

Eyni zamanda burada ABŞ-nin Cənubi Qafqaza girməməsi və Avropa ölkələrinin oraya müdaxiləsinin qarşısını almaq üçün atılacaq addımlar da müzakirə edilir. Hazırda Türkiyə ilə Rusiya arasında siyasi əlaqələrin səviyyəsi çox yüksəkdir. Məhz bu əməkdaşlıq çərçivəsində gələcəkdə nələr edilə biləcəyi də danışılır".

Ekspert qeyd edib ki, bu görüşdə Türkiyə ilə Rusiya arasında nüvə elektrik stansiyası, turizm və vizaların asanlaşdırılması kimi məsələlər də müzakirə olunacaq. 

"Düşünürəm ki, Rusiya ilə Azərbaycan arasındakı gərginlik də müzakirə olunacaq, bu, Qafqazlardakı vəziyyətə dair görüşlərdə gündəmə gələcək. Türkiyə, Azərbaycanın tələblərini və istəklərini də nəzərə alacaq".

Səbinə Uğur
"Cebheinfo.az"

 

Açar sözlər: Rusiya Ukrayna Türkiyə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri