Türkiyə sahillərində naməlum PUA aşkarlanıb: Liman bağlandı
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Türkiyənin Qara dəniz sahilində yerləşən Zonquldak vilayəti yaxınlığında dənizdə pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Moderator.az İHA agentliyinə istinadən xəbər verir ki, dronun mənsubiyyəti hələlik məlum deyil.
Məlumata görə, Alaplı limanı yaxınlığında dənizdə PUA-nı balıqçılar görüb və bu barədə yerli hakimiyyət orqanlarına məlumat veriblər. Hadisə yerinə operativ şəkildə sahil mühafizə qüvvələri cəlb olunub.
Dron təhlükəsiz şəkildə zərərsizləşdirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində liman ərazisi bağlanıb.
Son zamanlar Türkiyənin Qara dəniz sahilində yerləşən vilayətlərində dəfələrlə PUA qalıqları, o cümlədən partlayıcı maddə ilə təchiz edilmiş aparatlar aşkarlanıb.
Baxış sayı:98
Bu xəbər 30 Avqust 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















