Icma.az
close
up
RU
Türkiyə səfiri qədim diyarda

Türkiyə səfiri qədim diyarda

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Naxçıvanın bu münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Xüsusilə ticarət və investisiya qoyuluşu sahələrində böyük perspektivlərin olduğu bildirilib, türkiyəli iş adamlarının bu sahələrdə fəal işbirliyinin vacibliyi diqqətə çatdırılıb.

Söhbət zamanı digər istiqamətlərdə də perspektiv imkanlar müzakirə edilib.

Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya görüşdə iştirak edib.

***

Görüşdən sonra diplomat jurnalistlərə açıqlamasında qədim türk yurdunun ölkəsi üçün xüsusi mənəvi önəm daşıdığını deyib. Səfir qeyd edib ki, bu gün Türkiyənin Bakıdakı səfiri olaraq Naxçıvana ilk rəsmi səfərini həyata keçirib:

– Bura ulu öndər Heydər Əliyevin vətənidir. Eyni zamanda, böyük qurucu lider Mustafa Kamal Atatürkün Türk qapısı adlandırdığı, Türkiyənin Azərbaycanla quru sərhədinin olduğu yeganə bölgədir. Elə bu səbəbdən də “Ümid körpüsünün” açıldığı yer olaraq tarixə düşüb. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğı burada reallaşan sosial-iqtisadi layihələrdə özünü açıq şəkildə göstərir. Bu da bizi çox məmnun edir.

Türkiyə ilə Naxçıvan arasında hər zaman sıx dostluq və qardaşlıq münasibətləri olub. Quru sərhədin olması bu əlaqələri daha da möhkəmləndirir. Türkiyə vətəndaşları tez-tez Naxçıvana səfər edir, buradakı inkişafı yaxından izləyirlər. Bu səfərin məqsədi Türkiyə ilə Naxçıvan arasında iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirmək, qarşılıqlı əməkdaşlığı gücləndirməkdir.

Səfir sonda bildirib: “Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni dövrdə Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır. Arzumuz odur ki, bu dəhliz bölgədə sülh və əməkdaşlığı təmin edən, Orta dəhlizin güclənməsinə xidmət edən birləşdirici körpü olsun”.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri