Icma.az
close
up
RU
Türkiyə sərhədi Azərbaycanın xəbəri olmadan açmayacaq Şamil Ayrım

Türkiyə sərhədi Azərbaycanın xəbəri olmadan açmayacaq Şamil Ayrım

Icma.az bildirir, Modern.az portalına istinadən.

Türkiyə ilə Ermənistan arasındakı tarixi Ani körpüsünün bərpası ilə bağlı tender prosesi başa çatıb. X əsrdə İpək Yolu üzərində inşa edilən və Orta əsrlərdə Şərqlə Qərb arasındakı ticarətdə mühüm rol oynayan körpünün bərpası iki ölkə arasında imzalanmış protokol çərçivəsində həyata keçiriləcək. İşlər birgə komissiyanın koordinasiyası ilə aparılacaq.

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Şamil Ayrım bildirib ki, Ani körpüsünün bərpasının başa çatdırılması üçün konkret müddət və ya açılış tarixi açıqlanmayıb.

Onun sözlərinə görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına əsasən, bərpa işləri ilə bağlı tender sentyabrın 16-da keçirilib, müqavilə isə sentyabrın 28-də imzalanıb. İşlərin birgə komissiyanın koordinasiyası ilə həyata keçirilməsi qərara alınıb. Lakin layihənin nə vaxt başa çatdırılacağı hələ məlum deyil.

Şamil Ayrım qeyd edib ki, iki ölkə arasında imzalanmış protokol körpünün birgə bərpasını nəzərdə tutur. Bununla belə, onun turistlərin ziyarəti üçün açılıb - açılmayacağı və ziyarətçilərin hansı şərtlərlə əraziyə buraxılacağı barədə hələlik rəsmi məlumat yoxdur.

Türkiyə - Ermənistan sərhədinin açılması məsələsinə toxunan deputat vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında razılaşma yekunlaşmadan Türkiyənin Azərbaycanın məlumatı olmadan sərhəd - keçid məntəqələrini açması mümkün deyil.

O bildirib ki, Ani körpüsünün piyadaların keçidi üçün açılması ilə bağlı da hər hansı qərar qəbul edilməyib və ictimaiyyətə açıqlanmayıb. Türkiyə ilə Ermənistan arasında sərhəd keçidləri ilə bağlı müzakirələr aparılsa da, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamalarında bu məsələ ilə körpünün bərpası ayrı - ayrı istiqamətlər kimi nəzərdən keçirilir.

“Bu səbəbdən körpünün bərpası avtomatik olaraq yeni sərhəd-keçid məntəqəsinin açılması və ya körpü üzərindən piyadaların keçidinə icazə verilməsi demək deyil. Bunun üçün iki ölkənin ayrıca qərar qəbul etməsi, sərhəd və gömrük prosedurları ilə bağlı qaydaları müəyyənləşdirərək açıqlaması lazımdır”, - deyə Şamil Ayrım bildirib.

O əlavə edib ki, hazırda Ani körpüsü mədəni irsin qorunmasına yönəlmiş birgə bərpa layihəsi kimi qiymətləndirilə bilər. Körpünün gələcəkdə sərhədlərarası keçid funksiyası qazanacağı isə hələlik təsdiqlənməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Oktyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri