Icma.az
close
up
RU
Türkiyə şərtləri dəyişir

Türkiyə şərtləri dəyişir

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Türkiyə müdafiə sənayesində daha bir tarixi mərhələyə qədəm qoyur. Bu məsələdə Almaniya və Böyük Britaniyanın mövqeyini dəyişməsi rol oynayır. Bu dəyişiklik Ankaraya “Eurofighter Typhoon” döyüş təyyarələrinin istehsalçısı ilə 5,6 milyard dollarlıq müqavilə imzalamaq imkanı yaradıb.
Reyting.az
xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.
Danışıqlarla tanış olan iki mənbə deyib ki, Türkiyə “Eurofighter Typhoon” döyüş təyyarələri üçün 5,6 milyard dollarlıq sifariş üçün ilkin razılaşmanı bu həftə elan edə bilər.
Türkiyənin böyük sifarişi “Eurofighter” istehsalı üçün bölgədəki güc balansını dəyişəcək.
Şayiələrə görə, saziş İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) ictimaiyyətə açıqlana bilər.
Qeyd edək ki, “Eurofighter Typhoon” qırıcı təyyarələri Avropanın ən böyük müdafiə istehsalçılarından olan “BAE Systems” (Böyük Britaniya), “Airbus” (Almaniya-İspaniya-Fransa) və “Leonardo” (İtaliya) tərəfindən istehsal olunur. Almaniya satış prosesində ən böyük maneə idi və bu, dörd ölkənin kollektiv təsdiqini tələb edirdi. Bununla belə, kansler Fridrix Merzin başçılıq etdiyi yeni Berlin administrasiyası indi Türkiyənin bu qırıcıları almasına müsbət yanaşır.

Londonda İngiltərə baş naziri Keir Starmer ilə ortaq mətbuat konfransı keçirən Merz deyib: “İxrac lisenziyalarını müzakirə etdik. Son qərar hələ verilməyib, amma yaxşı bir razılaşmaya doğru irəliləyirik”.
İsrail mətbuatı isə Türkiyənin bu sahədə irəliləyişlərini “təhlükəli silahlanma yarışı” kimi qiymətləndirir və Təl-Əviv rəhbərliyinin məsələni ABŞ prezidenti Donald Tramp və Pentaqonun diqqətinə çatdırdığı bildirilir.
“Kanal 14” xəbər verir ki, Türkiyənin sifarişi “Eurofighter” istehsalını sürətləndirəcək. Bunun davam etməsi isə Qətər və Avstriya kimi digər alıcıların növbə gözləməsinə səbəb olacaq. Hazırda ildə 14 ədəd istehsal olunan “Eurofighter”in istehsal gücü Türkiyənin sifarişi ilə 30-a qədər yüksələ bilər.
Analitiklərin fikrincə, Ankaranın bu addımı NATO daxilində mövqelərini gücləndirəcək. İtaliya və İspaniyadan güclü dəstək alan Türkiyə təkcə təyyarələrin alınması ilə deyil, həm də texnologiya transferi, texniki xidmət əməkdaşlıqları və birgə sertifikatlaşdırma sistemləri vasitəsilə Avropa ilə inteqrasiyasını dərinləşdirir.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri