Türkiyə Səudiyyə Ərəbistanı, Misir və Pakistanı dördtərəfli görüş üçün İstanbula dəvət edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan xarici işlər nazirləri avqustun sonunda İstanbulda görüşəcək.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan və onun pakistanlı həmkarı İshaq Darın telefon danışığında bildirilib.
Türkiyə mediasının xəbərinə görə, İshaq Dar görüşdə iştirak etmək üçün Hakan Fidanın dəvətini qəbul edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında əldə olunan Məkkə Sazişinə Misirin qoşulmaq ehtimalının yüksək olduğunu bildirib.
Bu sazişə əsasən, tərəflərdən hansısa birinə qarşı xarici hücum digər üzv ölkələrə hücum kimi qiymətləndiriləcək.
Bu mövzuda digər xəbərlər:Misir və Səudiyyə Ərəbistanı arasında kritik görüş
03 Sentyabr 2026 18:23
Türkiyə Prezidenti: Misir Türkiyə Pakistan Səudiyyə Ərəbistanı ittifaqına qoşula bilər
17 Avqust 2026 12:32
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçılarının görüşü olub
29 Mart 2026 19:04
Türkiyə, Misir və Səudiyyə Ərəbistanı neft üzrə konsorsium yaratmağı müzakirə edir
30 Mart 2026 09:00
Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri Antalyada danışıqlar aparacaq
16 Aprel 2026 14:55
Baxış sayı:136
Bu xəbər 19 Avqust 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















