Türkiyə şirkəti Orta Dəhlizin inkişafına investisiya yatırmağa hazırdır
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Türkiyə şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə bağlı infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdır.
"Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayevin Türkiyənin "Çalık Holding” şirkətinin İdarə Heyətinin sədri Ahmet Çalıkla görüşündə bildirilib.
Görüşdə tərəflər Qazaxıstanın nəqliyyat və logistika sahəsində investisiya əməkdaşlığının perspektivlərini və imkanlarını müzakirə ediblər.
"Türkiyə tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun infrastrukturunun inkişafı məqsədilə bir sıra perspektivli layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib", - məlumatda qeyd olunub.
Danışıqların yekunları üzrə tərəflər tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə maraq ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Mart 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















