Icma.az
close
up
RU
Türkiyə şokda! Haluk Levent hadisəsində son vəziyyət..."

Türkiyə şokda! Haluk Levent hadisəsində son vəziyyət..."

Icma.az, Bakupost saytına istinadən bildirir.


Türkiyəli məşhur müğənni və xeyriyyəçi Haluk Levent, rəhbərlik etdiyi "Ahbap" Dərnəyinə qarşı aparılan genişmiqyaslı istintaq çərçivəsində Bursada saxlanılıb.

"Bakupost" xəbər verir ki, istanbul Baş Prokurorluğu tərəfindən idarə olunan bu araşdırma çərçivəsində onun müvafiq prosedurlar üçün İstanbula aparılacağı bildirilir.

İstanbul Polisinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyatda sənətçiyə qarşı bir neçə ağır maddə - Dərnəklər haqqında qanunun tələblərini pozma, Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (çirkli pulların yuyulması), Cinayətkar şəbəkəyə üzv olma - irəli sürülüb.

Prokurorluq dərnəyin fəaliyyətini, toplanan ianələri, kibertəhlükəsizlik və bütün maliyyə proseslərini çoxşaxəli şəkildə yoxlayır.

Saxlanılma qərarı dərnəklə bağlı toplanmış rəsmi dəlillər və ifadələr əsasında qəbul edilib.

Haluk Leventin saxlanılması hadisəsi Türkiyə KİV-lərində olduqca səs-küylü, genişmiqyaslı ittihamlar və qarşılıqlı bəyanatlarla işıqlandırılıb. Sənətçinin işi ilə bağlı həm hüquqi dosyenin şok detalları, həm sənətçinin ilk reaksiyası, həm də hadisənin siyasi pərdəarxası müzakirə olunur.

İddiaya görə, Haluk Levent 2020-2026-cı illər arasında özünə bağlı hesablar üzərindən 990 milyon lirəlik qanuni/qanunsuz bahis oynayıb və bunun 390 milyon lirəsini itirib.Həmçinin "Ahbap" dərnəyinin hesabından sənətçinin assistenti Yeliz Kayanın hesabına 120 milyon TL köçürüldüyü irəli sürülür.

Bildirilir ki, sənətçi barəsində çıxarılan ölkədən çıxış yasağını öyrəndikdən sonra İstanbul Hava Limanından geri qayıtmalı olub. O, planını dəyişərək Yalova üzərindən Bursada bir tır parkına gedib və polis qrupları tərəfindən məhz orada saxlanılıb.

Yaranmış gündəmlə bağlı Haluk Levent sosial media hesabında paylaşım edərək, maraqlı açıqlama verib:

"Mənim şəxsi borc-alacaq münasibətlərimi 'Ahbap' dərnəyi ilə əlaqələndirməyə çalışırlar. Daxili İşlər Nazirliyinə müraciət edərək dərnəyin təcili təftiş olunmasını özüm istəmişəm. Əsl bombanı gözləyin. Yaxında edəcəyim açıqlamalarda bu prosesin bura necə gətirildiyini görəcək və heyrətlər içində qalacaqsınız".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 İyul 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri