Icma.az
close
up
RU
Türkiyə süni intellektin mərkəzi olacaq

Türkiyə süni intellektin mərkəzi olacaq

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Türkiyə Avropa və Asiya arasında strateji mövqeyini süni intellekt sahəsində üstünlüyə çevirməyi planlaşdırır. 

Enerji sektorunda regional mərkəz olduğu kimi,  ölkə süni intellekt startapları üçün mərkəz olmağı hədəfləyir. Türkiyə Yaxın Şərq və Orta Asiyada, xüsusən də sərhəd qonşularında rəqəmsal transformasiyaya liderlik etməyi hədəfləyir və bu bölgələrdə rəqabət gücünü artıraraq texnologiya transferində mühüm rol oynamağı qərarlaşdırır. 

"Cebheinfo.az" xəbər verir ki, TBMM Süni İntellekt Araşdırma Komissiyasının sədri Fatih Dönmez Türkiyənin süni intellekt sahəsindəki strateji hədəfləri barədə “Yeni Şafak”-a açıqlama verib. Süni intellekt siyasətlərinin qlobal rəqabət qabiliyyətini artıracaq şəkildə formalaşdığını vurğulayan Dönmez “Türkiyənin süni intellekt strategiyası qlobal rəqabət qabiliyyətini artıracaq, yerli və milli texnologiyaları təşviq edəcək, etik və hüquqi çərçivə yaradacaq şəkildə hazırlanır”,- deyib. Türkiyənin bu sahədə ən böyük üstünlüklərindən birinin geosiyasi mövqeyi olduğuna diqqət çəkən Dönmez ölkənin süni intellekt texnologiyaları sayəsində regional liderlik rolunu öz üzərinə götürə biləcəyini qeyd edib:

"Ölkəmizin coğrafi mövqeyi Avropa və Asiya arasında texnologiya transferini təmin edərək, onu süni intellekt təşəbbüsləri üçün ideal bir mərkəzə çevirə bilər. Yaxın Şərq və Orta Asiya ölkələrində, xüsusən də sərhəd qonşularımızda texnoloji transformasiya proseslərinə rəhbərlik etməklə ölkəmiz bu bölgələrdə rəqabət üstünlüyü əldə edə bilər".

Türkiyənin süni intellekt sahəsində müstəqilliyini gücləndirmək üçün açıq mənbə texnologiyalarına və yerli həllərə diqqət yetirdiyini deyən Dönmez, bu istiqamətdə dövlət qurumlarında və universitetlərdə həyata keçirilən layihələrin əhəmiyyətinə diqqət çəkib:

“Hazırda müxtəlif dövlət qurumlarımızda və universitetlərimizdə üzərində işlənən türkcəyə əsaslanan açıq mənbəli böyük dil modelləri, ölkəmizin böyük qlobal şirkətlərdən asılı olmayaraq, fəaliyyət göstərməsində böyük rol oynayacaq”. 

İnfrastruktur investisiyalarının süni intellekt ekosisteminin inkişafı üçün kritik əhəmiyyət daşıdığını ifadə edən Dönmez “Yerli məlumat mərkəzləri, yerli çiplər, superkompüterlər və yerli bulud qurğuları kimi süni intellekt infrastrukturlarımız sayəsində şəffaf və açıq mənbəli həllər təqdim edərək qlobal texnologiya şirkətlərinə əhəmiyyətli bir alternativ ola bilərik”,-deyib. 

"O, Türkiyənin süni intellekt sahəsində qlobal miqyasda rəqabət aparmaq üçün müəyyən sektorlarda ən yaxşısı olmağı hədəfləməsi lazım olduğunu deyərək  müdafiə sənayesindəki uğurlara diqqət çəkib:" 

"ASELSAN", "HAVELSAN" və "BAYKAR" kimi şirkətlər vasitəsilə süni intellektlə dəstəklənən PUA-lar, avtonom sistemlər və ağıllı döyüş texnologiyaları inkişaf etdirərək hərbi sahədə önə çıxdığımız kimi, kənd təsərrüfatı, bərpa olunan enerji və təhsil kimi sektorlardan ən azı birində dünyanın ən yaxşısı ola bilərik”. 

Türkiyənin istehsal sahəsində süni intellektlə dəstəklənən ağıllı qurğular quraraq Çindən uzaqlara investisiya cəlb edə biləcəyini deyən Dönmez bildirib: 

“Qlobal ticarət müharibələrinin hər gün özünü hiss etdirdiyi bir mühitdə ölkəmiz süni intellektdən maksimum səmərə ilə istifadə edən ağıllı istehsal müəssisələri qura bilər”. Türkiyənin rəqəmsal çevrilmə prosesində süni intellektlə dəstəklənən tətbiqlərin sürətlə yayıldığını bildirən Dönmez bu texnologiyanın e-Hökumət, sağlamlıq və təhlükəsizlik kimi sahələrdə aktiv şəkildə istifadə edildiyini qeyd edib. 

O, Səhiyyə Nazirliyinin süni intellekt texnologiyaları ilə xəstəliklərin diaqnostikası və müalicəsinin planlaşdırılmasına başladığını, Təhlükəsizlik Baş İdarəsinin isə cinayətlərin təhlili və hadisələrin proqnozlaşdırılması üçün süni intellektdən istifadə etdiyini bildirib. Süni intellekt sahəsində mütəxəssis insan qaynaqlarının yetişdirilməsinin əhəmiyyətinə də toxunan Dönmez beyin axınının qarşısını almağı hədəflədiklərini ifadə edib:

“2025-ci ilin sonuna qədər süni intellekt sahəsində məşğulluğu 50 minə, bakalavr tələbələrinin sayını isə 10 minə çatdırmağı planlaşdırırıq”. 

Nigar 
"Cebheinfo.az"

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Mart 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri