Türkiyə Superliqası: Beşiktaş Fənərbağça derbisi geridönüşlə bitdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Superliqasının 11-ci turu İstanbul derbisi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, "Beşiktaş" doğma azarkeşləri önündə "Fənərbağça"nı qəbul edib.
Meydan sahibləri görüşə uğurla başlayıb və artıq ilk hissənin birinci yarısında iki qol vurmağı bacarıblar.
Lakin 26-cı dəqiqədən etibarən komanda azlıqda qalıb ki, bu da oyunun axarını dəyişib. Qırmızı karta görə hakimə sərt etiraz edən "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın da meydandan qovulub.
Məhz bundan sonra say üstünlüyündən yararlanan "Fənər" üç qol vuraraq geridönüş edib və qarşılaşmanı öz xeyrinə başa vurub - 2:3.
Hazırda "sari-lacivərdlər" 25 xalla turnir cədvəlində 2-ci, "qartallar" isə 17 xalla 6-cı yerdədirlər. Turnir cədvəlinə 29 xalla "Qalatasaray" başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Noyabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















