Türkiyə Superliqası tarixinin xal cədvəli hazırlanıb
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə futbolunda bütün dövrlərin ən çox xal toplayan klublarının siyahısı açıqlanıb.
Moderator.az xəbər verir ki, statistik göstəricilərə əsasən, siyahıya "Fənərbağça" başçılıq edir. İstanbul təmsilçisi topladığı 4498 xalla ilk pillədə qərarlaşıb.
İkinci yerdə 4465 xalla "Qalatasaray", üçüncü pillədə isə 4267 xalla "Beşiktaş" yer alıb.
İlk beşliyi 3095 xalla "Trabzonspor" və 2189 xalla "Bursaspor" tamamlayır.
Siyahının davamında "Ankaraqücü", "Gənclərbirliyi", "Altay", "Qaziantepspor" və "Samsunspor" kimi klublar qərarlaşıb.
Həmçinin, ilk “15-lik”də "Eskişehirspor", "Göztepe", "Antalyaspor", "Konyaspor" və "Başakşehir" də yer alıb.
Beləliklə, açıqlanan ümumi cədvəl Türkiyə futbol tarixində klubların topladığı xallar əsasında formalaşdırılıb və liderlik "Fənərbağça"nın əlindədir. /Offsideplus.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 25 Mart 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















