Türkiyə Superliqasında “Dezinformasiyaya qırmızı kart” mesajı
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
İstanbul, 26 aprel, AZƏRTAC
Türkiyə futbolunun ən böyük qarşılaşmalarından olan “Qalatasaray–Fənərbağça” derbisi bu dəfə yalnız meydandakı rəqabətlə deyil, həm də ictimai maarifləndirmə baxımından mühüm addımla yadda qalıb. Belə ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin dezinformasiya ilə mübarizə şöbəsinə dəstək məqsədilə hər iki komandanın futbolçuları meydana xüsusi pankartlarla çıxaraq dezinformasiyanın ictimaiyyətə mənfi təsirlərinə diqqət çəkiblər.
AZƏRTAC xəbər verir ki, futbolçuların oyundan əvvəl nümayiş etdirdikləri “Yalana qırmızı kart, doğru məlumat, güclü cəmiyyət” və “Paylaşım üçün deyil, həqiqətə inan – dezinformasiyaya “dur” de” şüarları azarkeşlər və sosial media istifadəçiləri tərəfindən böyük rəğbət qazanıb.
İctimaiyyətlə Əlaqələr Departamentindən bununla bağlı verilən açıqlamada kampaniyanın idmanın birləşdirici gücü ilə geniş kütlələrə çataraq, saxta məlumatların cəmiyyətə zərərini vurğuladığı bildirilib.
Qeyd olunub ki, bununla sosial mediada yayılan əsassız xəbərlərin etimadı sarsıtdığı qeyd olunub və manipulyasiyalara qarşı “ictimai dayanıqlılığın” vacibliyi önə çəkilib. Hər iki klubun bu məsələdə ortaq mövqe sərgiləməsi isə problemin ümumi əhəmiyyətini bir daha göstərib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Baxış sayı:157
Bu xəbər 26 Aprel 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















