Türkiyə Superliqasında yenilik: forma nömrələrinin şrifti dəyişdirilir
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Superliqasında futbolçuların formalarında rəqəm və adlar üçün Arial şriftinin məcburi istifadəsindən imtina etmək qərarına gəlinib.
İdman.biz xəbər verir ki, dəyişikliklər 2026/27 mövsümündən qüvvəyə minəcək.
Standart şrift çempionatda 2012-ci ildə təsbit olunub. Bir çox Avropa liqalarının bu sahədə inkişaf etmələrinə rəğmən türk azarkeşlər köhnə dizayndan narazılıqlarını bildiriblər.
Hərəkatın təşəbbüskarı sosial şəbəkələrdə “Arial şriftinə ehtiyacımız yoxdur” adlı kampaniyaya başlayan Emre adlı fanat olub. İdeya jurnalistlər, dizaynerlər və hətta siyasətçilər tərəfindən dəstəklənib: Millət vəkili Burak Akburak parlamentə sorğu göndərib.
Müzakirələr və ictimai təzyiqlərdən sonra Türkiyə Futbol Federasiyasının baş katibi Abdulla Ayaz şriftin dəyişdirilməsi ilə bağlı qərarın verildiyini təsdiqləyib.
2026/27 mövsümündən hansı şriftdən istifadə ediləcəyi barədə hələlik məlumat yoxdur.
İdman.
Baxış sayı:69
Bu xəbər 10 Avqust 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















