Türkiyə Suriyada əməliyyata başladı
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.
Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, MİT Suriyadakı vəziyyətdən sui-istifadə etmək istəyən PKK/YPG terror təşkilatının Kamışlı bölgəsində Bəşər Əsəd rejimindən qalan raket, ağır silah və sursatları ərazidən çıxarmaq istədiyini müəyyənləşdirib.
Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 yük maşını, iki tank və iki sursat anbarı məhv edilib.
Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.
MİT mənbələri bildirib ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.
MİT, terör örgütü PKK/YPG'nin Esed rejiminden ele geçirdiği füze, ağır silah ve mühimmatların yüklü olduğu 12 tır, 2 tank ve 2 mühimmat deposunu imha etti.//t.co/qeHadIYHme pic.twitter.com/WnStMCJUEd
— TRT HABER (@trthaber) December 10, 2024
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 10 Dekabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















