Icma.az
close
up
RU
Türkiyə terror dövlətinə əsla imkan verməyəcək Türkiyəli general Şərqə danışdı

Türkiyə terror dövlətinə əsla imkan verməyəcək Türkiyəli general Şərqə danışdı

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Suriyada hələ də 10-a yaxın silahlı qruplaşmalar qalır


Türkiyə üçün əsas təhdid PKK, PYD, YPG terror təşkilatlarının Fəratın şərqində bir "dövlətləşmə" prosesesidir



"Ölkəmizin terrora birdəfəlik son qoymaq imkanı var". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan heç bir terror qruplaşmasının xaricdən dəstəyi olub-olmamasından asılı olmayaraq, Türkiyənin qətiyyətinə tab gətirə bilməyəcəyini vurğulayıb: “Bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada PKK-ya qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib”. Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb.

 Məlumata görə, əməliyyat nəticəsində İraqın şimalındakı "Pəncə-Kilid" və Metina bölgələrində PKK terror qruplaşmasının üç üzvünün məhv edildiyini açıqlayıb. Suriyanın şimalındakı "Fərat qalxanı" və "Sülh çeşməsi" əməliyyat bölgələrində isə daha altı terrorçu zərərsizləşdirilib. Türkiyənin “Yeni Şəfəq " qəzeti məlumat yayıb ki, İran Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxmaq üçün Suriyadakı YPG/PKK qruplaşmasına 1500 kamikadze dron tədarük etməyə razılaşıb. Məlumata görə, İran nümayəndələri ilə terror təşkilatı arasında görüş İraqda baş tutub. PKK-çılar İrandan əvvəlcə 2000 pilotsuz təyyarə tələb ediblər. Lakin İran nümayəndələri yalnız 1500 ədəd təmin edə biləcəklərini deyiblər. Razılaşma əldə olunmasına baxmayaraq, Türkiyənin yaxından izləməsi və Suriyaya hər hansı pilotsuz təyyarənin ötürülməsinə mane olmaq təhlükəsi səbəbindən daşınma gecikdirilib. Qeyd olunur ki, razılaşmanı əngəlləmək əzmində olan Türkiyənin səyləri İran və YPG/PKK arasında əməkdaşlığı dayandırıb. Əlavə edilib ki, Türkiyənin təzyiqi altında YPG/PKK alternativ strategiyaya - aşkarlanmamaq üçün pilotsuz təyyarələrin ayrı-ayrı hissələrlə daşınması planını həyata keçirmək istəyir. Lakin Türkiyənin sərhəd boyu əməliyyatlarını davam etdirməsi səbəbindən bu strategiyanın uğuru şübhə altında qalır.


Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz "Sherg.az"a deyib ki, Türkiyə terrorizmlə mübarizə 1984-cü ildən bu yana, yəni 41 ildir davam edir. Generalın sözlərinə görə, ötən müddət ərzində Türkiyə bir sıra mərhələlərdən keçib: 

"Bugün Türkiyə sərhədləri daxilində terrorçuların sayı yox deyə biləcək səviyyədədir. Mövcud terrorçuların böyük qismi İraqda, daha böyük hissəsi isə Suriyadadır. Suriyada PKK PYD və YPG təşkilatları ilə birlikdə fəaliyyət göstərir. Türkiyə 2016-cı il 15 iyuldan etibarən ölkə hüdudlarından kənarda - Suriya və İraqda beynəlxalq hüquqlara dayanaraq terrorçulara qarşı çoxsaylı hərbi əməliyyatlar tətbiq edib. Artıq Suriya və İraqdan da Türkiyəyə yönəlik ciddi terror təhlükəsi yoxdur. Bəs hazırda Türkiyə üçün əsas təhdid nədir? Türkiyə üçün əsas təhdid PKK, PYD, YPG terror təşkilatlarının Suriyada, Fəratın şərqində bir "dövlətləşmə" prosesesidir. Terrorçular bu məqsədlə Qərbdən ciddi dəstək almaqdadır. Qərb terrorçuları həm təchiz edir, həm də onlara təlim keçir. Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı yeni hökumətdən Türkiyənin əsas tələbi güclü, mərkəzləşmiş, vahid silahlı qüvələrə nəzarət edən, terrora meydan verməyən hökumət formalaşdırmaqdır. Fəqət, Suriyada hazırda təxminən 10-a yaxın silahlı qruplaşmalar var ki, onlar hələ də mərkəzi hökumətin çağırışlarına məhəl qoymurlar. Həmin ünsürlər "terror təşkilatları ilə mübarizə" bəhanəsi ilə mövcudluqlarını davam etdirmək niyyəti güdürlər".

Y.Karaüz diqqətə çatdırıb ki, əfsuslar olsun ki, həmin dairələr də Qərbdən dəstək görürlər: "Türkiyə ABŞ başda olmaqla digər Qərb dövlətlərinə terrorçuluqla mübarizəni türk ordusu ilə bərabər həyata keçirməyin zərurətini anlatmağa çalışır. Ankara hökuməti bəyan edir ki, bir terror təşkilatına qarşı mübarizəni digər terrorçu qruplaşmanın əliylə aparmaq heç kimə faydası yoxdur və olmayacaq. Türkiyə Yaxın Şərqdə bir "terror dövləti"nin qurulmasına əsla imkan verməyəcəyini açıq şəkildə diqqətə çatdırır. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması, bütün silahlı qrupların tərksilah olunması, kənar güclərin bölgədə öz maraqlarını təmin etməməsi yönündə ciddi addımlar atmaqdadır. Suriyanın gələcəyi üçün İtaliyada, Səudiyyə Ərəbistanından görüşlər keçirilir və iştirakçılar öz maraqlarını güdürlər. Buna qətiyyən yol vermək olmaz, çünki Suriya yenidən qarışıq və gərgin savaşlar dönəminə qədəm qoya bilər".  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri