Türkiyə təyyarə qəzası ilə bağlı hərəkətə keçdi Araşdırma qrupu Bakıya gəlir
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu "X" səhifəsində bildirib.
Belə ki, nümayəndə heyəti yaxın saatlarda Bakıya yola düşəcək və sabahdan etibarən öz sahələrinə uyğun olaraq hadisənin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın müvafiq qurumları ilə koordinasiyada işləyəcək.
"Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allah rəhmət eləsin, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik", - nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Dekabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















