Türkiyə təyyarələrində Powerbank ın şarj edilməsi qadağan edildi
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Mülki Aviasiya Baş İdarəsi (SHGM) uçuş təhlükəsizliyini riskə atan portativ enerji qurğularının ("Powerbank") təyyarə daxilində şarj edilməsinin qadağan olunduğunu açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayılan məlumatda bildirilib.
Qeyd olunub ki, bu qərar Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən 27 mart 2026-cı ildə "Hava yolu ilə təhlükəli yüklərin təhlükəsiz daşınması" üzrə texniki təlimatlar çərçivəsində qəbul edilib.
Yeni qaydalara əsasən, təyyarə daxilində "Powerbank"ların şarj edilməsi qadağandır. Hər sərnişin maksimum iki ədəd portativ batareya daşıya bilər. Portativ batareyalardan yalnız elektron cihazların şarjı üçün istifadə edilməsi tövsiyə olunur.
Bildirilib ki, bu məhdudiyyətlər ekipaj üzvlərinin xidməti məqsədlə daşıdığı batareyalara şamil olunmur. Lakin onların şəxsi istifadəsi üçün olan "Powerbank"lar bu qaydalara daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:265
Bu xəbər 26 Aprel 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















