Icma.az
close
up
RU
TÜRKİYƏ TEZLİKLƏ HƏRBİ ƏMƏLİYYATA BAŞLAYACAQ Şara ilə hansı razılaşmalar əldə olunub?

TÜRKİYƏ TEZLİKLƏ HƏRBİ ƏMƏLİYYATA BAŞLAYACAQ Şara ilə hansı razılaşmalar əldə olunub?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Bəşər Əsəd rejiminin devrilməsi ilə 15 il sonra Suriyadan Ankaraya tarixi səfər gerçəkləşib. Suriyanın yeni lideri Əhməd Şara Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gəlib.

İlk səfər zamanı liderlər region üçün həyati əhəmiyyət kəsb edən müdafiə, təhlükəsizlik və strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Daha sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən ölkə başçıları birlik və bərabərlik mesajları veriblər.

“Qonşumuz Suriya ilə bağlı siyasətimizin əsasını çoxdan bu ölkənin ərazi bütövlüyü təşkil edir. Dəyərli qardaşımla mən təhlükəsizliyin və iqtisadi sabitliyin bərqərar olması üçün atılacaq birgə addımları qiymətləndirdik. Demək olar ki, hər bir məsələdə tam razılaşdığımızı görməkdən məmnun olduq. Xüsusilə Suriyanın şimal-şərqini işğal edən separatçı terror təşkilatı və onun havadarlarına qarşı atılacaq addımları müzakirə etdik. İstər DEAŞ, istərsə də PKK olsun, hər cür terrorla mübarizədə Suriyaya lazımi dəstəyi verməyə hazır olduğumuzu ifadə etdim. Suriyanın şimal-şərqindəki düşərgələrə nəzarət kontekstində onların yanında olduğumuzu bir daha təsdiqlədik. Qardaşım Ahmet Şaranın terrorla mübarizədə göstərdiyi güclü iradədən məmnun olduğumuzu bildirmək istərdim. Ölkələrimizin və regionumuzun rifahı naminə eyni məqsədə çatmaq üçün qüvvələrimizi birləşdirməkdən başqa seçimimiz yoxdur”, - Ərdoğan deyib.


Digər tərəfdən “Türkiye Gazetesi”nin əldə etdiyi özəl məlumata görə, tərəflər aşağıdakı bəndlər üzrə razılığa gəliblər: 

- Suriyanın əyalətlər üzrə dağıdılması və yenidən qurulması ilə bağlı geniş hesabat hazırlanacaq;

- Dəniz nəqliyyatı, limanların yenilənməsi və istismarı, kontinental şelf üzrə də razılıq əldə olunub;

- PKK-nın işğal zonası, Homs və Latakiya-Tartus Aralıq dənizi oxunda Türkiyə bazalarının yaradılması ilə paralel olaraq hərbi və mülki kadr hazırlığı da veriləcək;

- Mobil rabitə infrastrukturu Türkiyə şirkətləri və rəsmi qurumları tərəfindən dəstəklənəcək;

- Türkiyədən Dəməşqə gedən dəmir yolu bərpa olunacaq. Hələb-Dəməşq-Homs-Latakiya oxunda fəaliyyətə başlayacaq və Dəməşq də daxil olmaqla bir çox şəhərə elektrik şəbəkəsi çəkiləcək;

- Hatay-Mersin-Latakiya-Tartus dəniz limanı dəhlizi xüsusi statusla işə salınacaq;

- Tezliklə İŞİD-ə qarşı əməliyyat başlayacaq.  Bu çərçivədə Suriya hava məkanı rəsmi olaraq Türkiyə döyüş təyyarələri və PUA-larına açılacaq;

- Türkiyə-Suriya sərhədində hazırda PKK tərəfindən işğal edilmiş sərhəd qapılarının köçürülməsi və açılması, bəndlərin və qaz-neft quyularının köçürülməsi və istismarına başlanacaq.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri