Türkiyə tezliklə Suriyaya təbii qaz nəql etməyi planlaşdırır SOCAR tərəfdaş ola bilər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə qaz şəbəkəsini Suriya ilə birləşdirib və tezliklə Suriyaya təbii qaz nəqlinə başlamağı planlaşdırır.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar OPEC-in IX Beynəlxalq Seminarında bildirib.
Bayraktar qeyd edib ki, Azərbaycanın dövlət neft şirkəti (SOCAR) bu layihədə Türkiyənin tərəfdaşı ola bilər.
"Ümid edirəm ki, bunun sayəsində biz Suriyada elektrik enerjisi istehsalı üçün təbii qaz təmin edə və Suriyada həyatı normallaşdıra biləcəyik", - o əlavə edib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Suriyaya təbii qaz tədarük etməyə hazır olduğunu bildirib.

Türkiyə Suriyaya qaz nəql edəcək
09 May 2025 01:00
Türkiyə Suriyaya təbii qaz ixrac edəcək
22 May 2025 15:38
Suriyaya qaz verilişində SOCAR da iştirak edə bilər
10 İyul 2025 11:45
Aİ Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır
20 May 2025 12:15
Türkiyə Suriyaya dinclik arzulayır
24 Dekabr 2024 11:14

