Icma.az
close
up
RU
Türkiyə üçün ABŞ turnesi qələbə ilə başladı, məğlubiyyətlə bitdi

Türkiyə üçün ABŞ turnesi qələbə ilə başladı, məğlubiyyətlə bitdi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə yığması DÇ-2026-nın atmosferini indidən hiss etmək üçün okeanın o tayında mundialın ev sahiblərinə qarşı yoxlama matçları keçirdi.
"Football-plus.az" xəbər veri ki, iyunun 7-də “ay-ulduzlular” ABŞ ilə qarşılaşdı. “Pratt Uitni Stedium”dakı oyun qonaq komanda üçün uğursuz başladı. 22 yaşlı Cek Makqlinn artıq 1-ci dəqiqədə topu uzaq küncə göndərməklə Berke Özəri məyus etdi.
Qeyd edək ki, Mərt Günok bu dəfə yığmaya dəvət almadığından, Uğurcan Çakır isə zədəli olduğundan “Eyüpspor”un qapıçısı Berke Özər yığmada debüt etmək fürsəti qazanmışdı. Zədəli Hakan Çalhanoğlunun yoxluğunda isə kapitan sarğısını Çağlar Söyüncü taxmışdı. Berkedən başqa ikinci hissədə meydana çıxan “Trabzonspor”lu cinah müdafiəçisi Mustafa Eskihellaç da yığmada debüt etdi. Uğursuz başlanğıca baxmayaraq, Türkiyə hələ fasiləyə qədər hesabda önə keçməyi bacardı. 24-cü dəqiqədə Arda Gülər bir qədər kuryoz qolun müəllifi oldusa, çox keçmədən Kərəm Aktürkoğlu qapı önündə yaranan qarışıqlıq zamanı komandasının 2-ci qolunu vurdu. Fasilədən sonra qapılara qol vurulmadı və Türkiyə ABŞ-yə qarşı tarixi ərzində keçirdiyi 5-ci oyunda 2-ci qələbəsini qazandı (1 heç-heçə, 2 məğlubiyyət).
İyunun 11-nə keçən gecə isə Türkiyə “Kenan Stedium”da tarixində ilk dəfə Meksika ilə üz-üzə gəldi. Kapitan sarğısını bu dəfə Kaan Ayhan taxmışdı. Vinçentso Montella bu görüşdə daha iki futbolçuya yığmada debüt imkanı yaratdı. Mövsümü “Kasımpaşa”da bitirməsinə baxmayaraq, yanvardan etibarən “Aston Villa”ya məxsus olan 19 yaşlı müdafiəçi Yasin Özcan start heyətində peyda oldusa, ötən mövsümü icarə əsasında “Riu Ave”də keçirən “Beşiktaş”ın 20 yaşlı dayaq yarımmüdafiəçisi Dəmir Ege Tıknaz 78-ci dəqiqədə oyuna qoşuldu. Görüş yoldaşlıq oyununa uyğun olmayan tərzdə - kobud və gərgin keçdi. Futbolçular arasında tez-tez gərgin anlar yaşanırdı. Təkcə ilk yarıda qapıya 12 zərbə endirən Türkiyə yığması ümumilikdə pis təsir bağışlamasa da, “çərçivə”yə düşmək və hücumu məntiqi sonluğa çatdırmaq baxımından problem yaşadı. Nəticədə ilk yarının son anlarında AEK-li Orbelin Pinedanın vurduğu qol oyunda yeganə oldu. Beləliklə, bu komandaların tarixdəki ilk duelində sevinən Meksika oldu və Türkiyə üçün ABŞ turnesi məğlubiyyətlə başa çatdı.
Qardaş ölkənin komandası növbəti oyunlarını sentyabrda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Gürcüstan və evdə İspaniyaya qarşı keçirəcək.
ABŞ – Türkiyə 1:2
Makqlinn, 1 – Arda Gülər, 24. Kərəm Aktürkoğlu, 27.
Türkiyə: Berke Özər, Zəki Çəlik, Merih Dəmiral, Çağlar Söyüncü (Yusuf Akçiçək, 76), Ərən Elmalı (Mustafa Eskihellaç, 76), İsmayıl Yüksək, Orkun Kökçü (Kaan Ayhan, 66), Oğuz Aydın (Barış Alpər Yılmaz, 65), Arda Gülər, Kənan Yıldız (İrfan Can Kahveci, 76), Kərəm Aktürkoğlu (Can Uzun, 84).
Meksika – Türkiyə 1:0
Pineda, 45.
Türkiyə: Berke Özər, Mərt Müldür, Merih Dəmiral, Çağlar Söyüncü, Yasin Özcan (Mustafa Eskihellaç, 46), İsmayıl Yüksək (Orkun Kökçü, 63), Kaan Ayhan (Dəmir Ege Tıknaz, 78), İrfan Can Kahveci (Barış Alpər Yılmaz, 63), Arda Gülər, Kənan Yıldız (Ahmed Kutucu, 85), Kərəm Aktürkoğlu (Dəniz Gül, 78).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 İyun 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri