Icma.az
close
up
RU
Türkiyə üçün möhtəşəm xəbər: 40 illik gözlənti sona çatır, tarix verildi

Türkiyə üçün möhtəşəm xəbər: 40 illik gözlənti sona çatır, tarix verildi

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Kürd Fəhlə Partiyası (PKK) yaxın vaxtlarda Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını və özünü ləğv etdiyini açıqlaya bilər.

Belə ki, mayın 5-dən 7-dək keçirilən PKK qurultayında təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın müraciəti müzakirə olunub. PKK qurultayda “tarixi əhəmiyyətə malik qərarlar” qəbul edildiyini və bu qərarların yaxın günlərdə –  təxminən 13-14 may tarixlərində müvafiq sənədlər və izahatlarla birlikdə ictimaiyyətə açıqlanacağı bəyan edib.

Öcalan bu ilin fevral ayında müraciət ünvanlayaraq 1978-ci ildə yaratdığı bu təşkilatı silahı yerə qoymağa çağırdı. O, eyni zamanda PKK-nın Suriya və İrandakı qollarını, eləcə də İraq və Türkiyədə fəaliyyət göstərən Kürdüstan İcmaları Birliyini (KCK) də silahı yerə qoymağa və fəaliyyətlərini dayandırmağa səslədi. Mart ayında PKK rəsmi olaraq Öcalanın çağırışına əməl etdiyini açıqladı və atəşkəs elan etdi.

Türkiyənin 40 ildir mübarizə apardığı terror problemi birdəfəlik həll oluna, PKK tamamilə geri çəkilə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi bölgədə yeni reallıqlar formalaşdırıb:

“Bu reallıqlardan biri Türkiyənin təhlükəsizlik maraqları ilə bağlıdır. Ankara uzun illərdir PKK, YPG və İŞİD kimi terror təşkilatlarının təhdidləri ilə üz-üzə qalırdı. Bəşər Əsəd hakimiyyətdə olduğu dövrdə bu terrorçularla mübarizə aparmaq Türkiyə üçün daha çətin idi. İndi isə belə bir maneə qalmayıb.

Hazırda Türkiyə bu vəziyyətdən maksimum istifadə etməyə çalışacaq. Suriyada terror fəaliyyətinin aradan qaldırılması Ankara üçün strateji əhəmiyyət daşıyır və bunun istiqamətdə bütün imkanlarını səfərbər edəcək. Suriyanın müvəqqəti hökumətinin prezidenti Əhməd əl-Şaraa da böyük ehtimalla Türkiyənin mübarizəsinə dəstək verəcək. Bu, həm ölkənin bərpası prosesi üçün zəruridir, həm də prezidentin legitimliyini gücləndirəcək. Əgər əl-Şaraa Türkiyənin maraqlarını nəzərə alarsa, Ankara da öz növbəsində Dəməşqə siyasi və iqtisadi dəstək verəcək. Yəqin ki, bu istiqamətdə artıq razılıq əldə olunub.”


Kənan Novruzov

K.Novruzov əlavə edib ki, Türkiyənin terrorla mübarizədə davamlı nəticə əldə etməsi üçün region ölkələrinin, xüsusilə İran və İraqın dəstəyi də vacibdir:

“Zənnimcə, Ankara bu istiqamətdə də diplomatik fəaliyyətini davam etdirəcək. PKK artıq ciddi şəkildə zəifləyib. Öcalanın çağırışı və təşkilatın atəşkəs elan etməsi də bunu təsdiqləyir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın da dediyi kimi, təkcə silahı yerə qoymaq kifayət etmir. PKK qeyri-leqal təşkilat olduğunu rəsmən bəyan etməlidir. Bu, haqlı tələbdir. Əks halda, terrorçular gələcəkdə yenidən revanşa cəhd göstərə bilərlər.

PKK-nın özünü tam ləğv etməsi hələlik ehtimal daxilində olsa da, yaxın gələcəkdə baş verməyə bilər. Çünki bu, ideoloji məsələdir. Amma Türkiyənin qısa müddətdə antiterror əməliyyatlarına başlaması da istisna deyil”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 May 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri