Icma.az
close
up
RU
Türkiyə Ukrayna məsələsində Qərb müttəfiqlərinə bənzəmək istəmir

Türkiyə Ukrayna məsələsində Qərb müttəfiqlərinə bənzəmək istəmir

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Türkiyə Rusiya ilə hərtərəfli sülh razılaşması, o cümlədən sülhməramlı qüvvələrin yerləşdirilməsi halında Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır.
Reyting.az
xəbər verir ki, bu barədə “Middle East Eye”a yazıb.
Britaniya nəşrinin təhlilində qeyd olunur:
Bazar ertəsi ABŞ prezidenti Donald Tramp ukraynalı vəzifədaşı Vladimir Zelenskini və bir sıra Avropa liderlərini Ağ evdə qəbul edərək, həftəsonu Vladimir Putinlə Alyaskada apardığı ayrı-ayrılıqda danışıqlardan sonra razılığın əldə oluna biləcəyini bəyan edib.
Tramp deyib ki, Vaşinqton Ukraynanın təhlükəsizliyini dəstəkləyəcək, lakin o, ABŞ-nın bu ölkəyə qoşun göndərməsini istisna edib.
Təhlükəsizliyə gəlincə, Tramp çoxlu köməyin olacağını bildirib: “Avropa ölkələri buna liderlik edəcək. Onlar ilk müdafiə xəttidir, çünki oradadırlar. Biz də onlara kömək edəcəyik".
Tramp, Putin və Zelenskinin əvvəlcə birbaşa danışıqlar üçün görüşəcəyini, ardınca isə onun da iştirak edəcəyi üçtərəfli görüşə işarə edib.
Kreml bu təklifi indiyədək cavablandırmayıb. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki, istənilən görüş “tədricən... yəni əvvəlcə ekspertlər səviyyəsindən başlayır, sonra bütün lazımi addımlardan keçməklə” baş tutur. Bu, Kremlin standart xəttini təkrarlayır.
Ankaranın bu mövzuda düşüncəsinə bələd olan türk mənbə Türkiyənin Trampın təşəbbüsünü dəstəklədiyini deyib və qeyd edib ki, Türkiyə rəsmiləri illərdir Putin və Zelenski arasında birbaşa danışıqlara vasitəçilik etməyə çalışıblar.
Mənbə əlavə edib ki, Ankara belə bir qüvvələrin planlaşdırılmasında bilavasitə iştirak edərsə, yekun nizamlanmanın bir hissəsi kimi Ukraynada sülhməramlı qoşunların yerləşdirilməsinə hazırdır, baxmayaraq ki, bu məsələdə məhz Moskvanın razılığı vacibdir.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da ötən həftə videokonfrans vasitəsilə qatıldığı “İstəyənlər koalisiyası”nın sammitində Ankaranın Ukraynada istənilən sülh missiyasını dəstəkləməyə hazır olduğunu bildirib.
Yılmaz koalisiya toplantısı zamanı deyib: "Türkiyə olaraq ədalətli və davamlı sülh üçün diplomatik səyləri tam dəstəkləməyə davam edəcəyik".
Finlandiyanın “Iltalehti” qəzeti yazır ki, Avropa ölkələri Ukraynaya 50 min quru qoşunu göndərməyə hazırlaşır. "Əməliyyat planı hazırdır. Məqsəd qərbli generalın başçılıq etdiyi bütöv bir ordu korpusunu Ukraynada yerləşdirməkdir".
Ayrı bir mənbənin MEE-yə verdiyi məlumata görə, heç bir tərəf Ukrayna üçün təhlükəsizlik təminatlarının necə həyata keçiriləcəyini rəsmi şəkildə müzakirə etməsə də, Ankara bu ilin əvvəlində Moskvanın heç bir razılaşma əsasında NATO qoşunlarının Ukrayna torpaqlarında olmasına icazə verməyəcəyində israr etdikdən sonra mövqeyini dəyişib.
Əvəzində Türkiyə diqqətini Qara dənizdə potensial dəniz missiyasına rəhbərlik etməyə, çəkindirici rol oynamağa, suları minalardan təmizləməyə və Ukraynaya donanmasını yenidən qurmağa kömək etməyə cəmləyib.
Digər bir Ankara insayderi Rusiyanın NATO-dan kənar çərçivədə Türkiyə qüvvələrinin Ukraynada yerləşdirilməsini qəbul edə biləcəyini təklif edib.
Türkiyə və Rusiyanın artıq birgə iş təcrübəsi var: onlar 2024-cü ilə qədər Azərbaycanın Ağdamda olan missiyası vasitəsilə 2020-ci ildə Ermənistan-Azərbaycan atəşkəs rejiminə birgə nəzarət ediblər və etimadın möhkəmləndirilməsi tədbirləri kimi bir neçə il Suriyada birgə patrul xidməti həyata keçiriblər.
Türkiyə Ağ evdə keçirilən sammitə qatılmayıb və bu, Avropanın Rusiyaya qarşı Ukraynaya dəstəyinin nümayişi kimi qiymətləndirilib.
“Turkiye Today” rəsmi mənbələrə istinadla xəbər verir ki, Ankara ABŞ-nın rəhbərlik etdiyi danışıqların bir hissəsi kimi Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı “vaxtından əvvəl” Avropa planlarına qarşı ehtiyatlı olmağa çalışır:
“Türkiyə rəsmiləri bildirirlər ki, Avropa qüvvələrinin Ukrayna üçün sülhməramlı missiyaya cəlb edilməsi planı gündəmə gələrsə, belə bir missiyaya Ukrayna-Rusiya müharibəsi zamanı bitərəf qalan ölkələr də daxil edilməlidir”.
Mühafizəkar “Yeni Şafak” qəzetinin köşə yazarı Yəhya Bostan qeyd edib ki, Ankaranın mövqeyi bir çox Avropa müttəfiqlərinin mövqeyindən fərqlənir.
O yazıb: “Türkiyənin Ukrayna siyasəti onların heç birinə bənzəmir. Türkiyə Rusiya ilə güclü əlaqələr istəyir, eyni zamanda, Ukraynanın təhlükəsizlik zəmanətlərinə, Qara dəniz təhlükəsizliyinə, beynəlxalq pilotsuz təyyarə koalisiyalarına və Avropanın daha geniş təhlükəsizlik arxitekturasına töhfə verir”.
Prezident Rəcəb Tayyib Ərdoğan son vaxtlar həm Rusiya, həm də Ukrayna liderlərini İstanbulda sammit keçirməyə razı salmağa çalışıb. Ankara artıq iki tərəf arasında üç raund texniki danışıqlara ev sahibliyi edib və nəticədə yüzlərlə hərbi əsir azad edilib.
Xarici işlər naziri Hakan Fidan da fəallıq nümayiş etdirərək, ötən həftə rusiyalı, ukraynalı, amerikalı, ingilis və fransalı həmkarlarına zənglər edib.
Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Fidan Türkiyənin davamlı sülhün əldə edilməsində konstruktiv rol oynamağa hazır olduğunu vurğulayıb.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri