Türkiyə universitetlərində təhsil 3 il olacaq
Icma.az, Metbuat saytına istinadən bildirir.
Türkiyə universitetlərində təhsil müddəti azaldılacaq.
Metbuat.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Yüksəköyrətim Qurumu başqanı, professor Erol Özvar çıxış edib. Özvar dörd illik təhsilin üç ilə endirilməsinin gənc kadrların önünü açacağını söyləyib.
Qurum başqanı hazırda bu istiqamətdə çalışmaların davam etdiyini bildirib. Onun sözlərinə görə, 2028-ci ildən etibarən Türkiyədə ali təhsilin müddəti 3 il ola bilər.
Erol Özvar deyib ki, tələbələr yenə 8 semestr təhsil alacaqlar, amma hər dərs ilinə indi olduğu kimi 2 deyil, 3 semestr sıxışdırılacaq.
“Tələbələrimiz indi daha çox oxumalı olacaqlar. Elm fədakarlıq tələb edir”, - Türkiyə Yüksəköyrətim Qurumu başqanı belə deyib.
Professor bu yeniliyin türkiyəli gənclərin karyera qurmasında önəmli rol oynayacağını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 22 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















