Türkiyə və ABŞın Qərargah rəisləri arasında kitik müzakirə
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Baş Qərargah rəisi ordu generalı Metin Gürak amerikalı həmkarı ordu generalı Çarlz Braunla Suriyadakı prosesləri müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti bildirib.
“Baş Qərargah rəisi ordu generalı Metin Gürak ABŞ Baş Qərargah rəisi ordu generalı Çarlz K. Braun ilə telefon danışığı aparıb. Suriyada baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb”, – hərbi qurumun sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Gülər britaniyalı həmkarı Con Hili ilə Suriyadakı durumu müzakirə etmişdi.

Rusiya və ABŞın Baş Qərargah rəisləri Ukraynadakı münaqişəni müzakirə ediblər
05 Dekabr 2024 07:19
Türkiyə və ABŞ qərargah rəisləri Suriyanı müzakirə etdi
10 Dekabr 2024 23:51
Türkiyə və ABŞnin Baş Qərargah rəisləri Suriyadakı prosesləri müzakirə ediblər
10 Dekabr 2024 22:05

