Icma.az
close
up
RU
Türkiyə və ABŞnin Baş Qərargah rəisləri Suriyadakı prosesləri müzakirə ediblər

Türkiyə və ABŞnin Baş Qərargah rəisləri Suriyadakı prosesləri müzakirə ediblər

Türkiyənin Baş Qərargah rəisi ordu generalı Metin Gürak amerikalı həmkarı ordu generalı Çarlz Braunla Suriyadakı prosesləri müzakirə edib.

Bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti bildirib.

“Baş Qərargah rəisi ordu generalı Metin Gürak ABŞ Baş Qərargah rəisi ordu generalı Çarlz K. Braun ilə telefon danışığı aparıb. Suriyada baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb”, – hərbi qurumun sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Gülər britaniyalı həmkarı Con Hili ilə Suriyadakı durumu müzakirə etmişdi. \\Report.Az

seeBaxış sayı:105
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri