Türkiyə və Azərbaycan arasında saziş imzalandı
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransı (COP29) üçün gəldiyi Bakıda Azərbaycan Turizm Agentliyinin prezidenti Fuad Nağıyev ilə görüşüb.
M.N.Ersoy Azərbaycanı təbrik edərək, COP29-un uğurlu təşkilinin dünyada öz əksini tapdığını deyib.
Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələrinin yaxşı potensiala malik olduğunu deyən M.N.Ərsoy əlaqələrin daha da inkişaf etdirilməsinin və qarşılıqlı turist səfərlərinin artırılmasının vacibliyini qeyd edib.
Fuad Nağıyev Türkiyənin COP29-da yüksək səviyyədə və intensiv iştirakından məmnun olduqlarını bildirib.
Görüşdən sonra M.N.Ərsoy və F.Nağıyev “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















