Türkiyə və Azərbaycan prezidentləri aktual regional prosesləri müzakirə edəcək
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 19-da ölkəmizə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə 2023-cü ilin fevral ayında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı olacaq.
Fahrettin Altun qeyd edib ki, səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 18 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















