Türkiyə və Azərbaycanla mehriban münasibətlərin qorunması Gürcüstan üçün xüsusilə vacibdir Ekspert
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyada baş verən qlobal proseslərin Cənubi Qafqaza təsiri ilk növbədə Gürcüstanda hiss olunur.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri “Birləşmiş Neytral Gürcüstan” təşkilatının üzvü, politoloq Bidzina Giorgobiani “Daily Chronicle” proqramında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Gürcüstan üçün strateji tərəfdaşlar olan Türkiyə və Azərbaycanla 33 illik mehriban münasibətlərin saxlanılması xüsusi əhəmiyyət daşıyır.
“Bizim üçün ən vacib məsələ qonşularımız – Türkiyə və Azərbaycanla, daha sonra isə Ermənistanla yaxşı münasibətləri qoruyub saxlamaqdır. Yeni dünya nizamı formalaşdıqdan sonra Rusiya ilə münasibətlərin gələcəyinin necə olacağını görəcəyik. Gürcüstan üçün qonşularla yaxşı münasibətlərin qurulması birinci prioritet olmalıdır. Daha sonra isə qlobal layihələr barədə düşünməliyik,” – B.Giorgobiani qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Yanvar 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















