Icma.az
close
up
RU
Türkiyə və Gürcüstan gənclər siyasəti sahəsində birgə əməkdaşlıq edəcəklər

Türkiyə və Gürcüstan gənclər siyasəti sahəsində birgə əməkdaşlıq edəcəklər

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 5 sentyabr, AZƏRTAC

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədin əsas məqsədi gənclər siyasəti sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsdir.

Sənədi Gürcüstanın təhsil naziri Qivi Mikanadze və türkiyəli nazir Osman Aşkın Bakin imzalayıblar.

Qivi Mikanadze bildirib ki, yeni əməkdaşlıq strukturlaşdırılmış dialoq, birgə təşəbbüslər və strateji planlaşdırma yolu ilə Gürcüstan və Türkiyə arasında çoxillik tərəfdaşlığın dərinləşdirilməsi baxımından irəliyə doğru atılan daha bir addımdır.

Öz növbəsində, Osman Aşkın Bakin iki ölkənin nazirlikləri arasında uğurlu tərəfdaşlığa diqqət yönəldib və gürcü tərəfinə birgə gənclik proqramlarının inkişafına hazırlığı təsdiqləyib.

Qeyd olunub ki, memorandumun əsas istiqaməti Gürcüstan və Türkiyə gəncləri üçün birgə layihələrin həyata keçirilməsi, o cümlədən gənclər düşərgələrinin, forumların, konfransların, seminarların, tədris səfərlərinin və digər mühüm aktivliklərin təşkil edilməsidir. Bu da öz növbəsində gəncliyin inkişafı istiqamətində ikitərəfli əməkdaşlığın güclənməsinə kömək edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri