Icma.az
close
up
RU
Türkiyə və Qətər Qəzza sektorunda atəşkəsə dair Misirdə keçirilən danışıqlara qatılacaq

Türkiyə və Qətər Qəzza sektorunda atəşkəsə dair Misirdə keçirilən danışıqlara qatılacaq

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Qətər və Türkiyənin diplomatik və xüsusi xidmət orqanlarını təmsil edən yüksək səviyyəli rəsmiləri Qəzza sektorunda atəşkəsə dair bu həftə Misirin Şarm əş-Şeyx şəhərində keçirilən danışıqlara qatılacaqlar.

AZƏRTAC xəbər verir ki, “Anadolu” agentliyi bu barədə Türkiyənin təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, danışıqlara qatılacağı gözlənilən Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının iştirakı bölgədə atəşkəsin əldə olunması, əsirlərin mübadiləsi və Qəzza sektoruna humanitar yardımın fasiləsiz çatdırılmasına yönələcək.

Qətər Xarici İşlər Nazirliyi isə öz növbəsində ölkənin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Əl Taninin danışıqlarda iştirak etmək üçün çərşənbə günü Şarm əş-Şeyxə yollanacağını bildirib. Qətərin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari danışıqların “həlledici mərhələyə” qədəm qoyduğunu bildirib.

Xatırladaq ki, bazar ertəsi Şarm əş-Şeyxdə şəhərində Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dolayı atəşkəs danışıqlarının növbəti raundu başlayıb. Danışıqlar ABŞ Prezidenti Donald Trampın sentyabr ayında İsrailin Baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşdən sonra təqdim etdiyi 20 maddəlik təklif əsasında aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see309

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see216

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see183

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see137

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri