Türkiyə və Şimali Kipr liderləri “TECHNOFEST 2025”də Azərbaycan komandasını mükafatlandırıblar
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ankara, 5 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) lideri Ersin Tatar tərəfindən mükafatlandırılan “TECHNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının qalibləri arasında Azərbaycanın “Qızılqaya-BHOS” komandası da yer alıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası “Turizm texnologiyaları” kateqoriyasında yarışan universitet tələbələri arasında ən yaxşısı seçilib.
Türkiyə və ŞKTC liderləri tərəfindən mükafatların təqdimatı anında “Qızılqaya-BHOS” komandasının üzvləri məşhur festivalın minlərlə iştirakçısı qarşısında Azərbaycan bayrağını açıblar.
Bundan əvvəl “TECHNOFEST” festivalının Müşahidə Şurasının sədri, Türkiyə Texnologiya Komandası (T3) Vəqfinin rəhbəri Selçuk Bayraktar komandanın üzvləri ilə görüşüb.
Ümumilikdə, bir neçə Azərbaycan komandası “TECHNOFEST-2025”in final mərhələsinə yüksəlib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 05 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















