Türkiyə XİN: ABŞ ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul, 17 yanvar, Günel Karatepe, AZƏRTAC
ABŞ tərəfindən Cənubi Kiprin silah satışı və hərbi təlim üçün uyğun ölkə olaraq təyin edilməsi ilə bağlı qərara görə, Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu qərar qınanılır, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Xarici İşlər Nazirliyi tərəfindən mövzu ilə bağlı edilən açıqlamada qeyd olunan ifadələrlə həmfikirlik nümayiş etdirilir.
“Ada üzərindəki silahlanma fəaliyyətlərini artıracaq bu qərarı ciddi bir səhv olaraq qiymətləndiririk. Bölgəmizin son dərəcə həssas bir dövrdən keçdiyi nəzərə alınaraq, bütün tərəflərin təhrikedici addımlardan çəkinməsi və təmkinli davranması vacibdir. ABŞ-ın yaxın vaxtlarda vəzifəyə gələcək yeni rəhbərliyinin, mövcud Prezident tərəfindən atılan bu səhv addımdan geri dönməsini gözləyirik”, - deyə mətndə bildirilib.
Qeyd edilib ki, Türkiyə Şimali Kiprin müdafiə qabiliyyətlərini artırmaq məqsədilə atacağı addımları dəstəkləməyə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 17 Yanvar 2025 07:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















