Türkiyə XİN dən Sumud la bağlı açıqlama: Vətəndaşlarımız ölkəyə gətirilir
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin blokadası altında olan Qəzzaya humanitar yardım aparan və humanitar faciəyə səbəb olan Qlobal Sumud Donanmasına edilən hücumdan sonra açıqlama verib.
Turkustan.az xəbər verir ki, Keçəlinin sosial media hesabından açıqlaması belədir:
"Beynəlxalq sularda İsrail qüvvələri tərəfindən ələ keçirilən "Qlobal Sumud Flotilla" gəmilərində olan 36 vətəndaşımızın bu gün günorta saatlarında xüsusi reyslə ölkəmizə qayıtması planlaşdırılır. Yekun say hələ dəqiqləşməyib.
Qalan vətəndaşların prosedurlarını tamamlamaq və ən qısa zamanda Türkiyəyə gəlmələrini təmin etmək üçün səylərimizi davam etdiririk.
Sözügedən təyyarədə üçüncü ölkə vətəndaşlarının da olması planlaşdırılır”.
Aytən Yaşar/ Turkustan.az


