Türkiyə XİN Monteneqroda baş vermiş bıçaqlı insidentlə bağlı bəyanat yayıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Xarici İşlər Nazirliyi Monteneqroda türk vətəndaşlarının da daxil olduğu bıçaqlı insidentin ardından Podqoritsa rəsmiləri ilə əlaqə və koordinasiyanın fasiləsiz davam etdiyini, vətəndaşların təhlükəsizliyi üçün zəruri tədbirlərin görüldüyünü bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan, Monteneqro Baş naziri Miloyko Spajiç və xarici işlər naziri Ervin İbrahimoviçlə telefon danışığı apararaq, türk vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının qorunması ilə bağlı gözləntiləri çatdırıb.
Türkiyə XİN-in paylaşımında Monteneqro tərəfinin bu mövzuda təminat verdiyini vurğulanıb.
Qeyd edək ki, Monteneqro mediasında Podqoritsada türk vətəndaşlarının iştirak etdiyi iddia edilən bıçaqlı insident barədə xəbərlər yayılıb.
Ardınca Baş nazir Spajiç sosial mediada paylaşım edərək, türk vətəndaşlarına vizasız səfər rejiminin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 27 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















