Türkiyə XİN: Qlobal Sumud Donanmasına hücum dəniz quldurluğu aktıdır
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
"Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır", bəyanatda bildirilib və əlavə olunub ki, Qəzza sakinlərinin yaşadığı humanitar fəlakətə diqqət çəkməyə çalışan donanmaya hücum beynəlxalq hüquqa ziddir:
"Donamadakı Türkiyə vətəndaşları və digər sərnişinlərin vəziyyəti ilə əlaqədar bütün zəruri təşəbbüslər həyata keçirilir".
Qeyd edək ki, İsrailin Hərbi-Dəniz Qüvvələri Qəzza zolağına istiqamətlənən donanmanın bəzi gəmilərini ələ keçirib. Türkiyə XİN daha əvvəl də bildirib ki, "Qlobal Sumud Donanması"ndakı Türkiyə vətəndaşları ilə bağlı lazımi addımlar atılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 30 Aprel 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















