Icma.az
close
up
RU
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır Ərdoğan

Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır Ərdoğan

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tezliklə elektrik enerjisi istehsal etməyə başlayacaq "Akkuyu" Atom Elektrik Stansiyasından əlavə, Ankara yeni nüvə enerjisi layihələrini işə salmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyətinin əsas məqsədlərindən biri ölkənin enerji asılılığını azaltmaqdır.

Bu baxımdan o, ölkədə, o cümlədən Qara dənizdəki "Sakarya" yatağında qaz və neft hasilatının artırılmasının vacibliyini qeyd edib.

"Bu gün "Sakarya" yatağından hasil edilən yerli təbii qaz dörd milyon müştərinin tələbatını ödəyir. Qara dənizdə hasilat gələn ilə iki dəfə, 2028-ci ilə qədər isə dörd dəfə artacaq", - deyə R.T.Ərdoğan qeyd edib.

O, həmçinin ölkədə aşkar edilən nadir torpaq elementlərinin əhəmiyyətli ehtiyatları barədə məlumat verib.

Türkiyə prezidenti bildirib ki, Əskişəhər vilayətinin Bəylikova rayonunda təxminən 694 milyon ton barit, flüorit və digər nadir torpaq elementləri aşkar edilib və bu, dünyanın ikinci ən böyük yatağıdır.

"Biz Türkiyəni dünyanın ilk beş istehsalçısından birinə çevirməyi planlaşdırırıq", - deyə R.T.Ərdoğan əlavə edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Oktyabr 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see321

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see229

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see209

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see208

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see194

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see166

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see155

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see136

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see135

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see135

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see134

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see134

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see133

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see131

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see130

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see127

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see127

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see126

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see126

Ukraynada dronlara qarşı müdafiə üçün helikopter qrupları yaradılacaq

14 Oktyabr 2025 03:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri