Türkiyə Yunanıstan münasibətlərində açıq dialoq davam etməlidir Ərdoğan
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə və Yunanıstan qonşu və müttəfiq ölkələr olaraq qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipinə əsaslanan açıq dialoq kanallarını qorumalıdırlar.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.
Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Yunanıstanla ikitərəfli ticarət dövriyyəsini hazırkı 7 milyard dollardan 10 milyard dollara çatdırmağı hədəfləyir. O, 7 dekabr 2023-cü ildə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak etmək üçün Afinaya səfərini xatırladı və bu iclasda tərəflərin Afina Bəyannaməsi vasitəsilə açıq dialoqun davam etdirilməsinə və ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına sadiq olduqlarını təsdiqlədiklərini bildirdi.
O həmçinin qeyd edib ki, tərəflər arasında mövcud yüksək səviyyəli təmaslar əlaqələrin daha da inkişafı üçün əlverişli şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 11 Fevral 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















