Icma.az
close
up
RU
TürkiyəAzərbaycan əlaqələri bənzəri olmayan müttəfiqlikdir

TürkiyəAzərbaycan əlaqələri bənzəri olmayan müttəfiqlikdir

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransda iştirak edənlərdən biri də Türkiyə parlamentinin deputatı Zeyneb Yıldız olub.


Missiya.Az xəbər verir ki, o, Azərbaycan Respublikası Milli Məclisində çıxış edib.

Deputat bildirib ki, Azərbaycan Türkiyə üçün yalnız dost deyil, həm də qardaş ölkədir.

"Bakı bizim üçün çox özəl bir şəhərdir.Azərbaycan  bizim üçün dostdan da artıqdır, bizə qardaş ölkədir. İki dövlət bir millətik. Bu, ortaq həqiqətimizdir.

Hörmətli qonaqlar, dövlət ənənəsi və ortaq gələcək prespektivindən danışırıqsa, deyə bilərik ki, Türkiyə-Azərbaycan əlaqələrinin dünəni, bu günü və sabahı dünya diplomatiyasında bənzəri olmayan müttəfiqlikdir.

3 il bundan əvvəl - Qarabağ Zəfərinin ardından Türkiyə və Azərbaycan Qafqazın tacı, Türk dünyasının önəmli  mədəniyyət mərkəzlərindən biri olan Şuşada "Şuşa Bəyannaməsi"ni imzalayaraq dərin müttəfiqliyi sənəddə də əks etdirib.

Bəli, Şuşa Bəyannaməsi ilə həmrəyliyimiz dövlət səviyyəsində özünü təcəssüm etdirirdi. Diplomatik dildə bunun adı "müttəfiqlikdir". Ancaq Azərbaycan-Türkiyə əlaqələrinin dərinliyini daha dəqiq izah edən anlayış türk mədəniyyətində belə ifadə olunur: "qardaşlıq".

Çıxışımın əvvəlində Bakının bizim üçün vacib şəhər olduğunu dedim. 

Bakını bizlər üçün xüsusi edən şey tək bu günümüz deyil, həm də dünənimizdir. 

Biz Bakıya gəldikdə, 1912-ci ildə Balkan müharibəsinin başladığı çətin bir vaxtda yaranan konyekturanı bir yana qoyub, Məhəmməd Əmin Rəsulzadənin liderlik etdiyi azərbaycanlı müsəlman türklərinin siyasi təşkilatlarının yayımladığı "Osmanlıya Dəstək Bəyannamə"sini xatırlıyırıq.

Bakıya gələndə biz Qafqaz İslam Ordusu ilə "gəldim qardaşım" deyərək Bakının azadlığına şahidlik edən qəhrəmanımız Nuru Paşanı xatırlayırıq. 

Bugün Allaha həmd olsun Qafqaz İslam Ordusunun yarımçıq qalan nəğməsi Qarabağ Zəfəri ilə tamamlanıb. Türk dünyasını bir xəncər kimi ayıran sərhədlər Zəngəzur dəhlizi ilə qırılmaqdadır.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsini təmin edən 44 günlük Vətən Müharibəsinin ilk günlərində Prezidentimiz cənab Rəcəb Tayyip Ərdoğan kağız üzərində müttəfiqliyin fövqündə "qardaşlıq"ın gərəyi olaraq, "Azərbaycan necə istəsə, elə də yanında olacağıq" deyib və ölkəmizin həmişə Azərbaycanın yanında duracağını aydın sürətdə ifadə edib. 

Bu gün Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanla cənab Prezident İlham Əliyevin Qarabağ Zəfərinə gedən yolda qardaş və Şuşa Bəyannaməsinin prespektivləri ilə ortaya qoyduqları sərhədləri bəlli, haqqa uyğun münasibətləri ilə Qafqazda qonşular arasında münasibətlərə qapı araladıqlarının və beləliklə də, Qafqazda stabilliyin hakim olması baxımından yeni bir imkan yaratdıqlarının şahidi olmaqdayıq.   

Parlament səviyyəsində, ənənələrimizdəki bu qardaşlıq hüququnu qoruyaraq, daha adil bir dünyanı mümkün hala gətirmək  çün müttəfiqlikdən də o yana  qardaşlıq hüququna daha çox ölkənin qatılmasını təmin edərək,  regional və beynəlxalq rifahın artmasına birgə töhfə vermək üçün işləri davam etdirəcəyik. 

Soyqırımılarına və assimliyasiyalara şərəflə müqavimət göstərərək ərazi bütövlüyünü bərpa edən Azərbaycan türklərini hörmətlə anaraq, eyni şəkildə soyqırımına şərəflə müqavimət göstərən fələstinlilərin də öz torpaqlarında azad və rahat yaşadığı günləri görməyi, daha adil bir  dünyanı mümkün qılmaq ideyasına hamılıqla  çatmağı arzulayıram.

Var olsun Azərbaycan Türkiyə qardaşlığı!
Var olsun istiqlalına aşiq Türk milləti!

Var olsun Türk Dövlətlər Təşkilatının ortaq istiqbalı!
Var olsun bütün insanlıq üçün daha adil bir dünya!".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://missiya.az
archiveBu xəbər 09 Dekabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri