Türkiyədə 18 saatlıq müzakirədən sonra PKK ilə bağlı qanun təsdiqləndi
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət Komitəsi “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan və hüquqi bazanı formalaşdıracaq 12 maddəlik qanun layihəsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Feti Yıldız bildirib.
“Milli Həmrəyliyin və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında” Qanun layihəsi Ədalət Komitəsində qəbul edilib”, - MHP rəsmisi deyib.
Komitədə müzakirələr təxminən 18 saat davam edib. Layihənin bazar ertəsi TBMM-in Baş Assambleyasında müzakirəyə çıxarılması gözlənilir.
Layihə PKK terror təşkilatının tərksilah edilməsini və fəaliyyətinə xitam verilməsini, silahları Türkiyənin təhlükəsizlik qurumlarına təhvil verməsini və proseslə əlaqədar digər məsələləri əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 08 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















