Türkiyədə 48 vilayətdə sarı və narıncı XƏBƏRDARLIQ
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə güclü yağış və fırtınanın təsirli olacağı gözlənilir. Havanın temperaturu bir sıra bölgələrdə mövsüm normalarından aşağı düşəcək.
BAKU.WS xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsi 48 vilayət üzrə sarı və narıncı kodlu xəbərdarlıq elan edib.
Proqnoza görə, ölkənin böyük hissəsində fasilələrlə leysan və şimşəkli yağış yağacaq. Yağıntıların Mərmərə bölgəsinin şərqində, Şərqi Aralıq dənizində, Qərbi və Orta Qara dəniz sahillərində, Şərqi Anadolunun qərbində, eləcə də Antalya, Sivas, Ərzurum, Bingöl, Muş, Bitlis, Hakkari və Adıyaman ətrafında güclü olacağı gözlənilir.
İstanbul, Sakarya, Yalova, Kocaeli, Düzce, Zonquldak, Bartın, Kastamonunun sahilyanı əraziləri, Sivas, Ərzincan, Tunceli, Bingöl, Elazığ və Adıyamanda isə yağıntıların çox güclü, bəzi yerlərdə şiddətli olacağı proqnozlaşdırılır.
Mərmərə bölgəsində, Şimali Egey sahillərində, Şərqi Qara dənizin daxili hissələrində və Şərqi Anadolunun cənub-şərqində küləyin sürətinin saatda 50-80 kilometrə çatacağı, bəzi ərazilərdə fırtınanın güclənəcəyi bildirilir.
Güclü külək və yağışla əlaqədar dam örtüklərinin uçması, ağacların aşması, nəqliyyatda problemlər, sel və subasma riskləri barədə xəbərdarlıq edilib.
Rəsmilər sakinləri hava şəraitinin yaradacağı təhlükələrə qarşı diqqətli olmağa və zəruri tədbirlər görməyə çağırıblar.
Baxış sayı:63
Bu xəbər 15 Oktyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















