Türkiyədə 65 yaşlı kişi torpağa görə bacısı və onun ailəsini öldürdü
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə 65 yaşlı Mehmet D. torpaq mübahisəsi zəminində baş verən dava zamanı bacısı, bacısının əri və onların oğlunu tüfənglə öldürüb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Bartın şəhərində baş verib.
Belə ki, Mehmet D. ilə bacısı Havva D. (50), qaynı Abdullah D. (55) və bacısı oğlu Erhan D. (35) arasında dava düşüb. Mehmet D. ortaq istifadə etdikləri sahəni şumladıqlarını iddia edərək onları ov tüfəngi ilə vurub.
Silah səslərini eşidənlərin hadisəni xəbər verməsinin ardından əraziyə səlahiyyətli qurumlar gəlib.
Hadisəni törətdikdən sonra qaçan Mehmet D. polis tərəfindən saxlanılıb.
Baxış sayı:73
Bu xəbər 17 May 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















