Türkiyədə 8 nəfəri öldürən silahlı yaxalandı YENİLƏNİB VİDEO
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Afyonkarahisarın İhsaniye rayonunda səkkiz nəfəri öldürən və bir nəfəri yaralayan, sonra isə qaçan təcavüzkar Əskişəhərin Seyitqazi rayonunda tutulub. Oğurladığı nəqliyyat vasitəsi palçığa batanda onu tərk edib piyada qaçan şübhəli jandarmanın "Təslim ol" çağırışına tüfənglə atəş açaraq cavab verib. Əməliyyat zamanı zərərsizləşdirilən təcavüzkarın açdığı atəş nəticəsində iki jandarma yüngül yaralanıb.
***
21:18
Afyonkarahisarda güllələnən qadınlardan biri xəstəxanada vəfat edib.
Lent.az xəbər verir ki, bununla da hadisə nəticəsində ölənlərin sayı 9-a yüksəlib.
***
19:28
Afyonkarahisarın İhsaniye rayonundakı iki fərqli kənddə bir avtomobildə olan beş nəfəri ov tüfəngi ilə güllələyərək öldürən şübhəlinin qaçış yolu boyunca başqa bir yerdə daha üç nəfəri öldürdüyü və bir nəfəri yaraladığı məlum olub.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə yerindən qırmızı rəngli maşınla qaçan və şəhər xaricindən gəldiyi müəyyən olan silahlı şübhəlinin Kütahyaya doğru getdiyi aşkar edilib.
***
18:55
Türkiyənin Afyonkarahisar vilayətində iki fərqli ərazidə silahla öldürülmüş 5 nəfərin meyiti aşkarlanıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olduqdan sonra əraziyə jandarm əməkdaşları göndərilib.
Ayazini kəndi ərazisində 3, Kıyır kəndi yaxınlığında isə 2 nəfərin meyiti tapılıb.
Xəbərə görə 5 nəfərin iki avtomobildə güllələnərək öldürüldüyü müəyyən edilib. Şübhəlinin hadisə yerindən qaçdığı bildirilir.
Hadisənin baş verdiyi kəndlərə gedən yollar bağlanıb. Polis şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 05 Noyabr 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















