Türkiyədə ailə faciəsi Hamilə ana və 5 uşağı yanaraq öldü
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Antalya vilayətində səhər saatlarında baş verən dəhşətli yanğın 6 nəfərin həyatına son qoyub.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, istixana təsərrüfatında çalışan əcnəbi işçilərin qaldığı konteynerlərdə baş verib.
Yanğın nəticəsində eyni ailədən olan 26 yaşlı ana və onun yaşları 4-9 arasında dəyişən 5 uşağı həlak olub. Məlumata görə, həlak olan ana 7 aylıq hamilə imiş.
Qeyd olunub ki, faciə zamanı daha 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır olaraq qalır, digərlərinin müalicəsi davam etdirilir. İlkin ehtimala görə, yanğına söndürülməmiş manqal səbəb ola bilər.
Faktla bağlı açılan cinayət işi çərçivəsində artıq 3 nəfər saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 20 Mart 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















