Türkiyədə Aqrar və Ege universitetləri arasında növbəti görüş
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin İzmir şəhərindəki Ege Universitetində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü baş tutub.
XQ xəbər verir ki, görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Musa Alcı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov, müdir müavini Emin Əliyev, ADAU rektorunun müşaviri Bəxtiyar Nəsibov, həmçinin onlayn formada Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdir müavini Nərgiz Qaraxanova, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, ADAU-EGE Beynəlxalq İkili Diplom Proqramının direktoru Lamiyə Quliyeva, proqram katibi Elcan Məmmədov, Ege Universitetindən isə prorektorlar Murat Boyacı, Aydoğan Savran və EU Kənd təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan iştirak ediblər.
Zəfər Qurbanov çıxışında proqramın uğurla davam etdirildiyini bildirərək əldə olunan nailiyyətlərdən bəhs edib.
Musa Alcı da ADAU tələbələrinin əzm və çalışqanlıqlarını yüksək qiymətləndirib.
Daha sonra proqram direktoru Lamiyə Quliyeva 2025/2026-cı tədris ili ərzində proqram çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə təqdimatla çıxış edib.
Həmçinin, görüş zamanı proqramın icrası, qarşıya qoyulan hədəflər və strateji məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Görüşdən sonra rəhbər komitə üzvləri Ege Universitetinin Elm İnstitutunda əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 16 İyun 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















