Icma.az
close
up
RU
Türkiyədə ard arda məktəb hücumları təsadüfdür? AÇIQLAMA

Türkiyədə ard arda məktəb hücumları təsadüfdür? AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Dünən Kahramanmaraşın Onikişubat rayonunda yerləşən orta məktəblərdən birində 14 yaşlı 8-ci sinif şagirdi İsa Aras məktəbə 5 tapança və çoxlu sayda sursatla daxil olaraq sinif otaqlarında atəş açıb. Silahlı hücum nəticəsində 8 şagird və 1 müəllim həyatını itirib, daha 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı aparılan istintaq çərçivəsində əvvəlcə onun polis rəisi olan atası nəzarətə alınıb, daha sonra isə müəllim işləyən anası ifadə vermək üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, məktəbdə silaha əl atılması və ondan istifadə edilməsi birmənalı şəkildə kəskin qanun pozuntusudur:
“Bu cür əməllərdə iştirak edən şəxslər yaşından, şəxsiyyətindən və cinsiyyətindən asılı olmayaraq sərt şəkildə cəzalandırılmalıdır. Bu məsələnin siyasi-hüquqi tərəfidir və mənəvi-hüquqi, normativ tənzimləmənin əsas tərkib hissələrindən biridir. Məsələnin ictimai tərəfinə və ictimai təhlükə yaradan əməl kimi sosioloji təsvirinə gəldikdə isə bir neçə vacib faktora diqqət yetirilməlidir. İlk növbədə, bu silahlı hadisələrdə iştirak edən tərəflər kimlərdir? Onların əsas motivləri nədir və onları hərəkətə gətirən amillər hansılardır? Digər vacib məqam isə bu hadisələrin digər məktəblərə mümkün təsirinin necə qiymətləndirilməsidir. Aydındır ki, hər hansı bir belə hadisə müəyyən təlqin və silsilə yarada bilər. Xüsusilə cinayət hadisələri cəmiyyətdə geniş rezonans doğurur, diqqət və izləyici kütləsi toplayır. Bu isə yeniyetmələr arasında da müəyyən təsir yaradır və bəzən bu prosesin daşıyıcıları meydana çıxır. Bu tip hadisələr təkcə orta məktəblərdə deyil, universitetlərdə də baş verib. Bu baxımdan Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə də bu kontekstdə yada düşür. Belə hadisələrin birmənalı şəkildə terror kimi qiymətləndirilməsi isə düzgün deyil. Bəzi hallarda bu cür əməllər affekt vəziyyətində, yəni emosional gərginlik nəticəsində baş verə bilər. Həmçinin anlaqsızlıq və ya vəziyyətin tam dərk edilməməsi də bu proseslərə səbəb ola bilər”. 
O qeyd edib ki, bu baxımdan hər kəsi dərhal “terrorçu” adlandırmaq ictimai məsuliyyət baxımından doğru yanaşma deyil:
“Bununla belə, silah vasitəsilə zorakılıq törədən, qətl və xəsarət yetirən şəxslər, terror motivi olmasa belə, müəyyən mənada bu yükü qismən daşıyırlar. Bu hadisələr daha çox ifrat deviant davranışın ağır cinayətlərə keçidinin bir nümunəsi kimi qiymətləndirilə bilər. Hadisələrin təkrarlanması isə müəyyən mənada Verter sindromu anlayışını xatırladır. Bu sindrom adətən int..r halları ilə əlaqələndirilsə də, burada oxşar mexanizm müşahidə olunur. Bir hadisə baş verir və digər narazı şəxslər bunu təkrarlamağa meyil göstərirlər. Narazılığın mənbəyi isə çox vaxt subyektiv olur. Məktəblərdə bu, şagirdlərarası münasibətlərdə bullinq və mobbinq formasında özünü göstərə bilər. Bəzi hallarda yeniyetmələr bu gərginliyi silah vasitəsilə ifadə etməyə çalışırlar. Azərbaycan məktəblərində də buna bənzər hadisələrin ayrı-ayrı nümunələri olub və bu hallar cəmiyyətdə ciddi narahatlıq doğurub. Digər tərəfdən, yeniyetmələrin problemlərini bu şəkildə həll etməyə çalışması qlobal informasiya mühitinin təsiri ilə də bağlıdır. Onlar internetdə müxtəlif məlumatlara çıxış əldə edir, bəzən bu təsirlər özünə qarşı aqressiyaya, bəzən isə başqalarına yönələn zorakılığa çevrilir. Burada sosial şəbəkələrin rolu da danılmazdır. Müəyyən qrupların təbliğatı, subliminal mesajlar və təşkilatlanmış təsirlər bu prosesə dolayı şəkildə təsir göstərir. Bu təsirləri birbaşa sübut etmək çətin olsa da, onların mövcudluğu ilə bağlı kifayət qədər arqumentlər var. Müəllimlər, pedaqoqlar və valideynlər bu istiqamətdə daha fəal olmalı, təşəbbüsü ələ almalıdırlar. Əks-təsir mexanizmlərinin qurulması çətin deyil, lakin bu məsələ dövlətin təhsil, ailə və sosial siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməlidir.
Görünən odur ki, bu sahədə müəyyən işlər görülsə də, mövcud səviyyə yetərli deyil. Daha yüksək fəallıq, təşəbbüskarlıq və effektiv həll modellərinin tətbiqinə ciddi ehtiyac var”.
Xatırladaq ki, bir neçə gün əvvəl oxşar hadisə Şanlıurfada yaşanıb.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri