Türkiyədə arvadını öldürən azərbaycanlı ifadə verdi: “Uşaqlara bax dedi“
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Bursa vilayətində arvadını öldürən azərbaycanlı gənc ifadə verib.
Moderator.az xəbər verir ki, NTV telekanalı məlumat yayıb.
Hadisəni törədən 27 yaşlı Salican Mehmet ifadəsində cinayətin səbəbini açıqlayıb. O, psixoloji problemlərinin olduğunu qeyd edib.
S.Mehmetin sözlərinə görə, arvadı, 20 yaşlı Arzu Xəlilova alış-verişə gedəcəyini, buna görə də 3.5 və 2 yaşlı qızlarına onun baxmalı olduğunu bildirib. Salican isə bundan hiddətlənib və bıçaqla arvadına hücum edib.
Qeyd edək ki, 75 bıçaq xəsarəti alan Arzu xəstəxanada vəfat edib. Hadisədən sonra S.Mehmet əlindəki bıçaqla birgə polis tərəfindən saxlanılıb.
Məlumata görə, cütlük dörd il bir yerdə yaşayıb. Araşdırma zamanı qatilin əvvəllər narkotik vasitələr və qanunsuz olaraq silah saxlama, həmçinin A.Xəlilova yetkinlik yaşına çatmadığı halda onunla cinsi əlaqədə olduğu üçün ittiham edildiyi üzə çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















