Türkiyədə avtomobil dərəyə aşdı: 5 ölü, 2 yaralı
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Antalya vilayətində avtomobilin dərəyə aşması nəticəsində beş nəfər ölüb, iki nəfər isə yaralanıb.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, qəza Manavqat rayonunun Taşağıl-Derebucak yolunun Beydiğin məhəlləsində baş verib. İdarəetmədən çıxan avtomobil dərəyə yuvarlanıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və jandarma əməkdaşları cəlb olunub. Xilasedicilər avtomobildə olan beş nəfərin həyatını itirdiyini müəyyən ediblər.
Antalya valisi Hulusi Şahin avtomobildə ümumilikdə yeddi nəfərin olduğunu bildirib. Onun sözlərinə görə, yaralanan iki nəfər xəstəxanaya çatdırılıb, onlardan biri hamilədir. Hadisə yerində araşdırma və xilasetmə işləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 26 İyul 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















