Icma.az
close
up
RU
Türkiyədə avtomobil qiymətləri düşəcək

Türkiyədə avtomobil qiymətləri düşəcək

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə də Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ABŞ mənşəli bəzi məhsulların idxalına tətbiq olunan əlavə vergilər ləğv edilib. 

“Cebheinfo.az” xəbər verir ki, artıq ABŞ istehsalı avtomobillərə tətbiq edilən 60 faizlik əlavə gömrük rüsumu qüvvədən düşüb. Qərara görə, 2018-ci ildə Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minmiş ABŞ istehsalı olan məhsulların idxalına əlavə maliyyə vəsaitinin tətbiqi haqqında qərar ləğv olunub. 

Bildirilib ki, bu addım 1567 saylı Qanunun 1-ci, 474 saylı Qanunun 2-ci, 3283 saylı Qanunun 2-ci, 4458 saylı Qanunun 16-cı, 22-ci və 55-ci maddələri, həmçinin 2976 və 4067 saylı qanunların tələblərinə əsasən atılıb. Bu qərardan sonra isə “Avtomobil qiymətləri ucuzlaşacaqmı?” sualı gündəmə gəlib. Xüsusilə “Tesla” modellərində əlavə verginin qaldırılmasının qiymətlərin təxminən 30-40 faiz ucuzlaşmasına səbəb olacağı deyilir. 

Əlavə vergi tətbiq edilən məhsullar bunlardır: 

Minik avtomobilləri – 60% 
Etil spirti və spirtli içkilər – 70% 
Kosmetik məhsullar – 30% 
Plastik məmulatlar – 30% 
Tütün – 30% 
Düyü – 25% 
Sərt qabıqlı meyvələr – 10% 
Kağız məhsulları – 10–25%.

Bu dəyişiklikdən sonra ABŞ istehsalı “Ford”, “Chevrolet”, “Tesla”, “Jeep”, “Cadillac”, GMC, “Dodge”, RAM, “Hummer” və “Chrysler” kimi markaların bəzi modellərinin qiymətlərində ciddi ucuzlaşma gözlənilir. 

“Tesla” modellərində 60 faizlik əlavə verginin ləğvi qiymətlərin 30-40 faiz ucuzlaşmasına imkan yarada bilər. 

Məsələn, hazırda “Tesla Model Y Standart Range” 2.305.500 TL-dir (təxminən 94926 AZN). Yeni qiymətin təxminən 1,5 – 1,7 milyon manat aralığında olması gözlənilir. Dəqiq məbləğ “Tesla” şirkətinin edəcəyi qiymət yeniləməsindən asılı olacaq. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri