Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 91 faiz artıb
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitallı 65 yeni şirkət yaradılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 91,2 % çoxdur.
Bu barədə “Türkiyə Odalar və Birjalar Birliyi”nin (TOBB) məlumatında bildirilib.
Məlumata görə, I rübdə yaradılmış şirkətlərin 7-si (illik müqayisədə 75 % çox) səhmdar cəmiyyət, 58-i isə (+93,3 %) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.
Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 181,587 milyon türk lirəsi (4,051 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 dəfə çoxdur. Bunun 91,4 %-ini və yaxud 165 milyon 964 min türk lirəsini (3,702 milyon ABŞ dolları) sırf Azərbaycan vətəndaşları təmin edib. Bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 5,3 dəfə çoxdur.
Təkcə martda Azərbaycan vətəndaşları Türkiyədə 17 şirkət (+54,5 %) yaradıb. Yeni şirkətlərin 3-ü səhmdar cəmiyyət (+3 dəfə), 14-ü MMC (+40 %) olub.
Ümumi kapitalı 16,775 milyon türk lirəsi (374 min ABŞ dolları; 62,9 % çox) olan ortaq şirkətlərin kapitalının 87 %-i və yaxud 14,6 milyon türk lirəsi (326 min ABŞ dolları; 42,4 % çox) azərbaycanlılara məxsus olub. (Report)
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 19 Aprel 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















